SSRİ-nin ən xoşbəxt və ən bədbəxt generalı, Stalinin oğlu Vasili Stalin. O, SSRİ-nin ən gənc generalı idi. İmperiya rəhbərinin oğlu kimi məşhur, amma sadə insan idi. Atası Vasili ilə maraqlanmasa da, Vasili istənilən halda imtiyazlara malik idi. Vasili 3 dəfə ailə qurmuşdu, hər uç nikahı uğursuz olmuşdu. Çünki o həddən artıq içirdi. Amma bunun da səbəbi vardı; diktator atasının düşmənləri. Bir dəfə Vasili uşaqlıq dostu Artyom Sergeyevlə nahar edəndə həddən çox içir. O növbəti badəni qaldıranda dostu “Vaska, bəsdir, daha içmə” deyə acıqlanır. Vasili isə ona mənalı-mənalı baxıb, “Sən nə danışırsan? Bilirsən niyə içirəm? Nə qədər ki, atam sağdır, mən yaşayacam. Atam ölən kimi Xruşşov və Malenkov məni aradan götürəcəklər, Beriya isə onlara kömək edəcək”. O dediyi kimi də oldu. Stalinin vəfatından az sonra Xruşşov onu həbs etdirib, həbsxanada çürütdü. Vasili Stalin uzun müddət həbsdə yatdı, azadlığa çıxanda vaxtsız qocalmışdı. Bir vaxtlar SSRİ-nin ən gənc generalı olmuş Vasilini bomj kimi dəfn etdilər. Stalinin böyük oğlu müharibədə öldü, kiçik oğlu bomj kimi dünyadan köçdü, qızı Svetlana isə ABŞ-da qocalar evində vəfat etdi. Diktator Stalinin xalqa etdikləri pislikləri övladlarının qarşısına çıxdı.
Aydan