Ən böyük neft emalı zavodu bağlandı

 ELAZ.İNFO xəbər verir ki, “Forteinvest” şirkətinə məxsus olan bu müəssisə noyabrın 10-da baş verən qəza səbəbindən xammal emalını dayandırıb və həftənin sonuna qədər işə başlamayacaq.

“Neft emalı zavodu bazar ertəsindən bazar gününə qədər işləməyəcək. Tamamilə bağlanıb. Texniki fövqəladə vəziyyət yaranıb”, – mənbə deyib.

Bildirilir ki, avadanlığın modernləşdirilməsi zamanı yanğın baş verib, lakin alov sonradan söndürülüb.

Rusiya mediyasının məlumatına əsasən, noyabrın 11-də zavod pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Orenburq vilayətinin qubernatoru Yevgeni Solnsev həmin gün bildirib ki, PUA hücumu nəticəsində regiondakı sənaye obyektlərindən biri zərər çəkib, lakin konkret hansı müəssisədən söhbət getdiyini açıqlamayıb.

N.B

Bizimlə oxuyun
Verified by MonsterInsights