Əmir Teymurun ruhu bütün türk dünyasının başı üzərindədir

15 APREL, ELAZ.İNFO

Fikrim Əmir Teymurun həyatını öyə-öyə danışmaq deyil, zatən bunu dünyada bilməyən yoxdur.

Hətta onun ləyaqətli həyatı, məğrurluğu, cəsarət və qorxmazlığı o qədər geniş arenda təbliğ olunub ki, ermənilər Əmir Teymuru “erməniləşdirmək” fikrinə də düşüblər. Dosent Zaur Aliyev “Əmir Teymur barədə ermənilərin dedikləri onların xəstəliklərinin yenidən şiddətlənməsi ilə bağlıdır” fikri ilə məsələyə möhürünü vurdu.

600 il əvvəl Azərbaycanı “Turan üzüyünün qaşı” adlandıran Əmir Teymurun bu gün 689 yaşı tamam olur.Tarixin ən çox müzakirə edilən şəxslərindən biri olan, ərazisi 5 milyon kvadrat kilometrə çatan Teymurilər dövlətinin banisi Əmir Teymur haqqında o qədər rəvayətlər, əfsanələr gəzir ki, aradan keçən 689 ildə bir gün belə o böyük insan yaddaşlardan silinməyib.

Xatırladım ki, Böyük Teymur 18 fevral 1405-ci ildə, Çinə səfərə gedərkən Otrarda 69 yaşında öldü. Dərhal Səmərqəndə gətirilərək, nəvəsi Xəlil Sultan tərəfindən, daha əvvəl ölmüş olan nəvəsi Məhəmməd Sultanın Ruh Abad yaxınlığındakı mədrəsəsində dəfn edildi.

Ümid edirik, türk dünyasının qüdrətli fatehi heç vaxt ölməyəcək, yaddan çıxmayacaq, yəni əbədi yaşayacaq! Hazırda onun cismi olmasa belə, ruhu bütün türk dünyasının başı üzərindədir, yaşayır.

 Digər alimlərimizin gün üzünə çıxartdığı bir fakt Əmir Teymurun ermənilərə münasibətini tam sərgiləyir. Deməli, Əmir Teymur Sivasa hücum eməzdən əvvəl qala komandanlığı ilə danışır və onları sülhə dəvət edir. Lakin rədd cavabı aldıqdan sonra hücuma keçir. Qala bir müddət müqavimət göstərsə də, ərzaq qıtlığı və köməyin gəlməməsi səbəbindən Teymura sülh təklif edir.

Teymur qala əhalisinin müsəlman olduğunu əsas gətirərək, bu təklifi qəbul edir. Görüş vaxtı qaladan 4 minə yaxın erməni oxçu Teymurun ordusunu vurmağa başlayır. Teymur bundan sonra həmin 4 min ermənini istəyir və qan axıtmayacağı vədini verir. Qala komandanı bunu qəbul etmək məcburiyyətində qalır və erməniləri hökmdara təslim edir.

Bir çox səfərlərində ermənilərin xəyanətləri ilə üzləşən Əmir Teymur bu səfərlərindən birində məşhur fikrini səsləndirmişdir:

-“Erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün gələcəkdə  mənə lənət yağdıracaqlar”.

Əntiqə RƏŞİD

Bizimlə oxuyun
Verified by MonsterInsights