Emin Süleymanov birinci yerə çıxdı

ELAZ.İNFO xəbər verir ki, dünən Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə MTB-nin Enduro növü üzrə Federasiya Kuboku yarışının 2-ci mərhələsi reallaşdırılıb.

Yarışlar Dağ Velosipedi Parkında keçirilib. Yarışda yerli velosipedçilər iştirak edib.  

Həvəskar idmançı Emin Süleymanov birinci, Əli Hacıyev ikinci, Pərviz İlyasov isə 3-cü yerə çıxıb.

Yarışlarda fərqlənən digər velosipedçilərə medal və diplomlar təqdim edilib.

İslam MAHMUDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights