ELAZ.İNFO gündəmdə qızğın müzakirə obyektinə çevrilən bir məsələni diqqət mərkəzinə saxlayır. Belə ki, bu gün Elm və Təhsil Naziri Emin Əmrullayev azyaşlı, hamilə məktəblinin məktəbdən yayınması ilə bağlı jurnalistin sualını cavablandırarkən bu fikri səsləndirir:
-“Həmin məktəblinin ən azı doqquz ay məktəbdən yayınması məntiqini tuta bilmədim. Niyə yayınmalıdır? Hamilə ola-ola məktəbə gələ bilərdi”.
Elm və Təhsil Naziri deyəsən təhsilə yeni qayda-qanun gətirməyə çalışır və yaxud cəmiyyətin qəbul etmədiyi etalonu heç nə olmamış kimi qəbul etdirməyə cəhd edir. Baş verən hadisəni heç nə olmamış kimi qarşılayır. Yaxud əksinə, təhsil sistemində baş verən bu neqativ vəziyyətlə bağlı məsuliyyəti çiynindən atmağa çalışır.
Necə yəni hamilə-hamilə məktəbə gəlmək nazir tərəfindən məqbulmu qarşılanır?
Biz yerlərdə gənclərin məktəbdən küçələrə tökülməsi problemi ilə uğraşarkən, nazirin məsələyə bu cür loyal münasibəti mövcud cəmiyyətdə vahimə və təlaşla qarşılanır. Bu mütləq ictimai qınaq halına gətirilməli və aidiyyəti qurumlar məsələyə qiymət verməlidirlər.
Natəvan BƏYDİLİ
Salam
fəaliyyətinizi Biləsuvar rayonundan izləyirəm sayt üzərindən sosial şəbəkələrdə paylaşma düyməsi aktiv olsa daha gözəl olar