Əminəm ki, əməyiniz nəticəsini gec və ya tez verəcək!

ELAZ.İNFO xəbər verir ki,Elm və Təhsil naziri Emin Əmrullayevin sosial şəbəkədə paylaşımlara rəy yazması diqqət çəkib.

Nazir “Azərbaycan universitetləri” səhifəsində Qarabağ Universitetinin müəllimi Arzu Şükürovanın həftədə 2 dəfə Xankəndiyə gedib dərs keçməsi və elə həmin gün Bakıya qayıtması ilə bağlı paylaşıma rəy yazıb.

“Təşəkkürlər! Azərbaycanın fədakar müəllimlərinə nə qədər minnətdar olsaq, azdır. Əminəm ki, əməyiniz nəticəsini gec və ya tez verəcək!”, – deyə E. Əmrullayev bildirib.

Aydan

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights