Əmək və əhalinin sosial müdafiəsinin müavini vəzifəsinə yeni təyinat

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin keçmiş İdarə Heyətinin sədri Zaur Əliyevə yüksək vəzifə verilib.

ELAZ.İNFO Bakupost.az”a istinadən xəbər verir ki, o, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Xatırladaq ki, bu ilin mart ayının 19-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib. 

Qeyd edək ki, Zaur Əliyev eyni zamanda Azərbaycan Üzgüçülük Federasiyasının prezidentidir.

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights