ELAZ.İNFO xəbər verir ki, Musavat.com-a əlyazma formasında təkzib göndərib.
Əvəz Zeynallının dediklərinin onun ailəsinə qarşı şər-böhtan olduğunu bildiribən Əli Həsənov Musavat.com-a əlyazma formasında göndərdiyi etiraz təkzibində deyilir.
“Xural TV-nin rəhbəri Əvəz Zeynallı Ramiz Mehdiyevdən danışarkən mənim ailəmin guya Ramiz Mehdiyevin ailəsi ilə erməni dilində danışdığını deyir və guya Badamdarda villa tikintisində işləyən fəhlənin ona dediklərinə istinad edir. Sonra deyir ki, bilmirəm o fəhlə sağdı, ya ölüb və hətta həmin fəhləyə təşəkkür edir. Əvvəla, mənim ailəm Ramiz Mehdiyevin ailəsinin heç üzünü də görməyib və erməni dilində bir söz də bilmir. Mənim Badamdarda heç bir villam yoxdur. Ailəm isə qarabağlıdır -Ağcabədidə dünyaya göz açıb. Əvəz Zeynallının dedikləri ifrat dərəcədə şər və böhtandır. O birinci dəfə deyil mənim ünvanıma şər-böhtan danışır. Özü də sifarişlə”.
22 il Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri olaraq məcburi köçkünlərin problemləri ilə məşğul olduğunu vurğulayan Əli Həsənov daha sonra deyib:
“Ulu Öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz İlham Əliyevin qərar və tapşırıqlarını, onların mənə verdikləri geniş səlahiyyətlərdən istifadə edərək qaçqın və məcburi köçkünlər arasında ictimai-siyasi sabitliyin qorunub-saxlanması üçün lazımi tədbirlər görmüşəm. Həmin dövrdə mənim ünvanıma mətbuatda çoxsaylı şər-böhtanlar yazılıb. Mən heç birinə cavab verməmişəm, çünki bilirdim ki, bu yazılar sifarişlə yazılır və qaçqın və məcburi köçkünlər arasında ictimai-siyasi sabitliyin pozulmasına yönəlib.
N.B
