Elon Musk yeni dövrü elan etdi! Parol: XChat

ELAZ.İNFO xəbər verir ki, Elon Musk, X sosial media platformasında ‘XChat’ adlı yeni və şifrəli mesajlaşma dövrünün başlayacağını açıqladı.

Musk, XChat-ın bu həftə tədricən müxtəlif bölgələrə təklif ediləcəyini açıqladı. Bildirilib ki, yeni sistem “Rust” əsaslı texnologiya ilə şifrələməni təmin edir.
Məlumat üçün bildirək ki, X platformasındakı “DM” (birbaşa mesaj) sistemi “XChat” adlı yeni və şifrəli mesajlaşma təcrübəsi ilə əvəz olunur. X tətbiqi vasitəsilə əldə edilə bilən bu sistemin istifadəçilərin şəxsi məlumatlarının qorunmasına yönəlmiş qabaqcıl təhlükəsizlik tədbirləri ilə gələcəyi açıqlandı.

Yeni sistemlə istifadəçilər mesajlarını şifrəli şəkildə göndərə, oxunduqdan sonra yoxa çıxan mesajları paylaşa, bütün növ faylları (mətn, şəkillər, videolar və s.) ötürə, platformalar arasında səsli və video zənglər edə biləcəklər.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights