Elon Musk Venesuelaya bir aylıq pulsuz internet təqdim edəcəyini açıqlayıb

ELAZ.İNFO xəbər verir ki, Məşhur milyarder Elon Musk, 3 yanvarda ABŞ-ın Venesuelada keçirdiyi əməliyyatdan sonra Starlink şirkəti vasitəsilə Venesuelaya bir aylıq pulsuz internet təqdim edəcəyini açıqladı.

Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores ABŞ qüvvələri tərəfindən ölkədən çıxarıldıqdan sonra Musk əvvəlcə əməliyyata dəstək mesajı verdi. Maduronu “amansız tiran” adlandıran Musk, sosial media platforması X-də “Venesuela artıq layiq olduğu rifaha nail ola bilər” deyə paylaşım etdi.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights