Elon Mask Marsa birtərəfli səyahət üçün könüllülər axtarır

ELAZ.İNFO xəbər verir ki, SpaceX şirkətinin rəsmi planlarına əsasən, Marsa ilk ekipaj uçuşu 2029-2030-cu illər üçün planlaşdırılır.

Elon Mask bu tarixi daha da irəli aparmaq niyyətindədir və texnoloji hazırlıqların sürətləndirilməsi üzərində fəal işləyir.
Marsa birtərəfli səfərə hazır olan cəsur könüllülərin seçilməsi prosesi hələ başlamamışdır, lakin onların 2029-cu ilə qədər hazır olması gözlənilir. Müraciət üçün rəsmi son tarix hələ açıqlanmayıb.
Birtərəfli səyahət üçün Marsa gedərdinizmi?

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights