Elnur Hüseynov inzibati qaydada həbs edilib

ELAZ.İNFO xəbər verir ki, Biləsuvarda avtomobili narkotik vasitənin təsiri altında idarə edən şəxs həbs edilib.

İdarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Elnur Hüseynova Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “saxla” işarəsi verilib. Avtomobili etibarnaməsiz və sürücülük vəsiqəsi olmadan idarə edən həmin şəxsin narkotik vasitə istifadə etdiyinə şübhə yarandığı üçün müvafiq müayinədən keçirilməsi təmin edilib. Nəticədə onun narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib və barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə E.Hüseynov 15 gün müddətində inzibati qaydada həbs edilib.

Sevinc Qasımova

Bizimlə oxuyun
Verified by MonsterInsights