“Azərbaycan dili dünya dilləri sırasında özünün fonetik, leksik və qrammatik sisteminə, ahəngdarlığına, üslub zənginliyinə, yayılma arealına və digər xüsusiyyətlərinə görə fərqlənir, özünəməxsus yer tutur. Azərbaycan dili hər bir müstəvidə, hər bir nöqtədə zəngin və gözəldir.
Müasir Azərbaycan dilinin hərtərəfli inkişaf etməsi və zənginləşməsi, onun dövlət dilinə çevrilməsi, gündəlik həyatda, praktikada bu dildən geniş istifadə edilməsi, dünya diplomatiyasında tətbiqi Ulu Öndər Heydər Əliyevin yorulmaz və çoxşaxəli fəaliyyətinin, diqqət və qayğısının nəticəsidir.
“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”, deyən Ümummilli Lider bildirmişdir ki, Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, bu həm də azərbaycançılıq ideologiyasıdır”…
P.S. Bəzi “filoloq alim” kimi cəmiyyətə özünü “təqdim etməyə” çalışan “şəxs” nədən 11 səhifəlik bir məqalənin giriş hissəsindən yalnız bir cümləni( Azərbaycan dili hər bir müstəvidə, hər bir nöqtədə zəngin və gözəldir) ayıraraq və manipulyasiya edərək “öz oxucuları”nın diqqətini məqalənin məzmundan yayındırmağa çalışır? Elm sağlam tənqidi yanaşmaya, inkişafa, polemikaya daim açıqdır. Biz isə öz elmi yanaşmamızda israrlıyıq… Bəli, doğma Ana dilimiz – Azərbaycan dili hər bir müstəvidə (elm, mədəniyyət, diplomatiya, hərb və s.) və hər bir nöqtədə (dilçilik nöqteyi-nəzərdən) gözəldir! Bu gözəlliyi duymayan gözlər kor, qulaqlar kardır.
Aynur FAMİLQIZI