ELAZ.İNFO. BAKI. 16.05.2025.
ELAZ.İNFO xəbər verir ki, elmi dərəcə olmasa universitetlərdə magestrlərə dərs keçmək mümkün deyil, yəni dərs saatları ala bilmirsən,mütləq elmi dərəcən olmalıdır. Ali təhsil ocaqlarında da işləmək lazımdır ki, elmi dərəcənin faydasını görəsən. Bəs bu dərəcələrin üstünlükləri nədir? Məsələn, əlavə maaş, güzəşt və ya digər imtiyazlar nəzərdə tutulurmu?
Məlumat üçün bildirək ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, 2025-ci il yanvarın 1-dən etibarən, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərin vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat əlavələr ödənilir.
Budurmu uğruna ömrümüzü xərcləməyə hazır olduğumuz elmi adlar? Bir qarın ac, bir qarın tox çabalamaq? Ömrünün xeyli ilini bu adı almaq üçün xərcləyirsənsə, bu ad sənin adının qarşısında sadəcə şan-şöhrət kimi qalacaqdır?
Aysun NƏCƏFOVA