ELM VƏ BƏHS

ELAZ.İNFO BAKI, 27.05.2025.
Həmişə bütün sahələrdə yarış olduğu kimi, elm və təhsil sahəsində də yarış olub. Xüsusilə şagirdlər, müəllimlər və valideynlər arasındakı mövcud yarış daima diqqətimi çəkib.

Gözəl yadımdadır ki, təxminən 1998-ci ilə qədər müəllim heyyəti şagirdləri ilə qürurlanardı ki, mənim rəhbərlik etdiyim sinifdən ali təhsil müəssisələrinə daxil olanların sayı çox olub, nə bilim, nümunəvidir, şərəf lövhəsində şəkili var, nizam-intizamlıdır. Şagirdlər isə öz növbələrində müəllimin əllərini şəfa ocağı, ziyarətgah bilib, öpməyə belə çəkinərdi. Hətta bir çox şagirdə bu nəsib olmazdı. İndi də bu adət davam edir, amma bir tərəfli! İndi qürurlanan tək müəllimdir! Amma kiminlə nəylə?

Əlbəttə ki, şagirdi və sinifi ilə, amma bu dəfə savadı, nizamı ilə yox, kimin sinifinin, şagirdlərinin valideynləri tərəfindən daha dəbdəbəli bəzədilməsi pəncərələrin plastiklə əvəz olunması, təmirin daha bahalı olması, ay ərzində sınaq test imtahanlarının minimum birinin 8 manatdam çox satılması ilə. Bu da kurikulumun təhsilə yox, memarlığa verdiyi fayda. Nə isə əsas məsələ bu deyil! Müəllim hardasa düşdüyü çirkaba mütləqdir ki, bulaşacaq. Əsas narahat olunası məsələ ekoloji geni dəyişmiş valideynlərdən danışmaq istəyirəm ki, hansı ki, o qisim bu gün yarışmanın əsas hissəsini təşkil edərək, kimin uşağının müəlimə da çox maddi töhfə verənidir. Ən çox, əlavə dərslikdə olmayan, kitabları, testləri, lazımsız iş dəftərlərini birinci alıb, müəllimin yanında dahi görünərək, kasıb övladlarını isə, adını könüllü qoyaraq məcburən utandıran valideyinlərdir!

Bəs bu məsələyə Emin müəllim necə baxır? Xəbəri yoxdur bəlkə?

Hə, bəlkə də xəbəri yoxdur, xəbəri olsaydı 2 il dalbadal 8 martda kişiləri də xanımlara calaq vurub 8 Mart qadınlar Bayramı münasibətilə təbrik etməzdi.
Hə, yeri gəlmişkən, kənd məktəblərinin “rəsmi ştatla bir başqa məktəb direktorunun tabeliyində olan fotoqraf müəllim”dən gizli sızmış məlumata görə aşağı sinif məzunları üçün vinetka 40 manatdan başlayır. Yəni minimum əmək haqqının 10%i.

Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights