ELAZ.İNFO xəbər verir ki, Fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev özünün sosial şəbəkə hesabında Çin Xalq Respublikasının Təhsil naziri Xuyan Tsinyapenə, Finlandiyanın Elm və mədəniyyət naziri Saru Multalaya, Sinqapurun Təhsil naziri Desmond Liyə açıq məktub ünvanlayıb.
Bunun ciddiliyini nəzərə alsaq,artıq TƏHSİL Nazirliyi cahil xalq yaradır.
Müraciət
Dəyərli nazirlər: Bizdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlanan bir ali məktəb var. Bu Universitet “World University Rankings: Sustainability 2026″ Dayanıqlıq 2026 reytinqində 1401-1500 aralıqda qərarlaşıb. Universitetin rektoru Rüfət Əzizov maraqlı bir fikir səsləndirib: “Tam səmimi qeyd edim ki, cənab nazir qlobalda mövcud olan təhsil nazirləri arasında təhsili ən yaxşı başa düşən nazirlərdəndir. Bunun dəfələrlə şahidi olmuşuq.”
Sizləri təhsil sisteminizin gələcəkdə tənəzzülə uğramaması üçün Azərbaycanın Elm və təhsil naziri cənab Emin Əmrullayevdən məsləhətlər almağa çağırıram. Əgər bu fürsətdən bəhrələnməsəniz indiyə qədər Beynəlxalq bilik yarışmalarında tutduğunuz mövqeləri laxladacaqsınız.
Hörmətlə; Fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev