ELAZ.İNFO Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Elm və təhsil obyektivdə” foto-video müsabiqəsi üzrə işlərin qəbuluna başlanılır.
Müsabiqənin texniki tələblərinə cavab verən işlərin qəbulu 10 noyabr 2025-ci il tarixinədək həyata keçiriləcək. Müsabiqənin məqsədi təhsil prosesində maraqlı tərəflərin aktual mövzulara fərqli yanaşaraq vizual məzmunun yaradılmasıdır.