Əziz soydaşlar,
Milli azadlıq mübarizəsi təkcə duyğuların işi deyil, həm də elmin təsdiqlədiyi bir yoldur. Dünyanın ən nüfuzlu alimlərindən olan Erica Chenoweth və Maria Stephan on illərlə apardıqları araşdırmalarla sübut ediblər ki, xalqların işğal və diktaturaya qarşı mübarizəsi uğur qazanmaq üçün mütləq şans daşıyır. Bu həqiqəti Güney Azərbaycan milli hərəkatının üzvlərinə çatdırmaq, mübarizəmizi daha da gücləndirmək üçün vacibdir.
ABŞ Dövlət Departamenti və beynəlxalq demokratiya institutlarında dinc müqavimət strategiyalarından fəaliyyət göstərən, Harvard Universitetinin professoru, siyasi müqavimət nəzəriyyəçisi Maria Stephan. Onun araşdırmalarına görə: bir millətin əhalisinin ən azı 3.5%-i aktiv mübarizəyə qatılarsa, heç bir işğalçı rejim dayana bilmir.Bu “3.5%-lik qayda” artıq bir çox ölkələrdə tarixi faktlarla təsdiqini tapıb.
Maria Stephan göstərib ki, zorakı mübarizədən iki dəfə çox dinc müqavimət hərəkatları uğur qazanır. Çünki silahsız xalqın qarşısında heç bir tank və ordu uzun müddət dayana bilmir.
Dinc müqavimət zorakı üsyandan iki dəfə çox qalib gəlir.Əhalinin kiçik, amma nizamlı hissəsi böyük gücləri məğlub edə bilir.
Güney Azərbaycan üçün nəticə Bizim millət 40 milyona yaxındır. Aktiv öncüllük (3.5%) → Təxminən 1,4 milyon insan küçələrdə, universitetlərdə, təşkilatlarda aktiv mübarizə aparsa, bu, rejimi silkələməyə kifayətdir.Passiv dəstək (30–40%) → 12–16 milyon insan itaətsizlik, boykot və mənəvi dəstək göstərsə, işğalçı hakimiyyətin dayaqları tamamilə dağılacaq.
Bu, o deməkdir ki, Güney Azərbaycan xalqının azadlığı əlçatmaz bir xülya deyil, elm tərəfindən sübut edilmiş, tarixi reallığa çevrilə biləcək bir həqiqətdir.
Unutmayaq ki, mübarizəmiz yalnız duyğu yox, həm də elm və strategiya ilə aparılmalıdır. Erica Chenoweth və Maria Stephanın araşdırmaları bizə sübut edir:
Azadlıq mümkündür! Qələbə yaxındır!
Güney Azərbaycan xalqının azadlıq şansı elmi əsaslara söykənir.
Bizim borcumuz təşkilatlanmaq, maariflənmək və bu gücü reallığa çevirməkdir.
Rıza Qaraçay
Güney Azərbaycan Milli Azadlıq Hərəkatı