Elmə daha çox vəsait ayırmaq lazımdır

Yalnız və yalnız elm bəşəriyyəti həqiqətə, ədalətə və xoşbəxtliyə apara bilər.

Dövlətlərin ən böyük sərvəti faydalı qazıntılar deyil, malik olduğu elm və elm adamlarıdır. Azərbaycan xalqı dünyaya Nizami Gəncəvi, Bəhmənyar, Yusif Məmmədəliyev, Lütfi Zadə, Azad Mirzəcanzadə, Rafiq Əliyev və s. kimi nəhəng fikir xadimləri bəxş edib. Onlar bəşəriyyətin inkişafında yeni iz açıblar.

Paskal deyirdi ki, təsadüfi kəşfləri yalnız hazırlığı olan insanlar edir. Millətimizin inkişaf edən dünyaya verəcəyi töhfələr bundan sonra da çox olacaq, çünki bunun üçün kifayət qədər potensialı var. Ona görə də elmə daha çox vəsait ayırmaq lazımdır ki, millətimizin elmi potensialını milli sərvətə çevirmək mümkün olsun.

Müqayisə üçün qeyd edək ki, inkişaf etmiş ölkələrdə elmə orta hesabla 2,5-4%, Azərbaycanda isə dövlət büdcəsinin cəmi 0.6%-i ayırılır.

Mütəllim RƏHİMOV

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights