Aşıq sənəti əsirlərcə cilalanıb təkmilləşən zəngin ənənəyə malikdir. Əsirlər kеçdikcə nəsildən-nəslə ötürülərək bu günümüzə gəlib çıxan aşıq sənəti xalqın ruhunu, zövqünü оxşayır, dövrün ictimai siyasi həyatını və ruhi dünyasını özündə əks еtdirir.
Aşıq Kərəm İncəli 1945-ci il martın 11-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Ustadı Aşıq Kamandar olmuşdur. Aşıq sənətinə 1960-cı illərdən başlamışdır.
Məclislərdə, respublikanın mədəniyyət tədbirlərində, festival və müsabiqələrdə iştirak edərək diplomlara layiq görülüb.
Aşıqların IV qurultayında iştirak etmişdir. Qazax rayonu mədəniyyət evində aşıqlar birliyinin sədri seçilmişdir. İlk saz məktəbinin Qazax rayonu üzrə yaradıcısı, elinin sevimli saz-söz ustadı olmusdur.
Aşıq İlham Aslanbəyli, Saməddin Vəliyev, Mahal Pənahov, Alı Cəfərov, İmralı Məmmədov, Akif Manafov və bir çox aşıqlara ustadlıq etmişdir.
Aşıq Kərəm İncəli 1995-ci il martın 11-də vəfat etmişdir. Aslanbəyli kəndində dəfn olunmuşdur. Allah rəhmət eləsin.
Esmira RƏHİMOVA