Əlini “vicdan”ının üstünə qoyub, səmimi kimi görünən nazir

ELAZ.İNFO

Deyirsiniz ki: “əgər müəllim 6 sinifdə dərs deyirsə və düşünürsə ki, hər sinifdən 15 uşaq repetitorluğa müraciət edəcək və onun da həyat səviyyəsi yüksələcək, bu adam mənim üçün müəllim deyil. Müəllim məktəbə gəlir, əməkhaqqını alır, amma onun əvəzini birbaşa sinifdə verməlidir.”

Mən hazırlıq müəllimi(repetitor) deyiləm. Ailə başçısı olan müəllimə cuzi əmək haqqı(ən yaxşı halda 700-800 manat) verməklə hələ iki il sonra pilot layihə kimi tək-tük məktəblərdə tətbiq edə biləcəyiniz ştatlı işçi modeli ilə baş qatmağa çalışırsınız.

Zəhmət olmasa sualıma cavab verin, bəs o islahatı tam tətbiq edəcəyiniz ən son məktəbdə çalışan “X” müəllim artan tələbat məhsullarının günü-gündən bahalaşdığı, sosial-maddi durumunun ağırlaşdığı, ev-mənzil problemlərinin fonunda necə dayansın, bu müddət ərzində onun yığılan borclarını siz ödəyə, kompensasiya edə biləcəksinizmi.

Roman Tağıyev.

Azərbaycan dili və ədəbiyyat müəllimi.

Bizimlə oxuyun
Verified by MonsterInsights