ELAZ.İNFO xəbər verir ki, “The New York Times” nəşrinin mənbələrə istinadən verdiyi məlumata görə, bunkerdə gizlənən Əli Xamenei öldürülmək təhlükəsindən ehtiyat etdiyi üçün bütün elektron əlaqəni kəsib.
O, yalnız ən etibarlı bir nəfər vasitəsilə hərbi komandirlərlə əlaqə saxlayır. Çevriliş baş verəcəyi təqdirdə Rusiyaya qaçmaq üçün hazırlıqlara başlayıb.
“The New York Times” əlavə edir ki, “Xamenei, yüksək rütbəli komandirlər öldürülərsə, onların yerini tuta biləcək şəxsləri əvvəlcədən təyin edib ki, hərbi komandanlıqda ardıcıllıq pozulmasın.
Səfər İBRAHİMLİ