ELAZ.İNFO xəbər verir ki, Əli Xameneinin ölümündən 10 gün keçməsinə baxmayaraq, hələ də dəfn olunmayıb.
Əli Xameneinin planlaşdırılan anım mərasimi hakimiyyət orqanları tərəfindən təxirə salınıb.
Yayılan xəbərlərə görə, buna İran İnqilabı Keşikçiləri Korpusu mane SEPAH olub. SEPAH Xameneinin məzarının İsrail-ABŞ hücumlarına məruz qalacağından ehtiyatlanır. Əli Xameneini İsrail və ABŞ-dən qoruya bilməyən SEPAH ikinci utancı da sabiq Ali Rəhbərin məzarının vurulması ilə yaşamaqdan çəkinir. Başqa bir iddiaya görə isə Əli Xamenei artıq dəfn olunub, lakin məzarının yeri gizli saxlanılır. SEPAH bununla da Əli Xameneinin məzarını hücumlardan qorumaq məqsədi güdür.
Tehran hökuməti ölümündən 10 gün keçməsinə baxmayaraq, hələ də Əli Xameneinin nə zaman dəfn olunacağı ilə bağlı heç bir məlumat yaymayıb.
Aydan