Əli Əkbər Əhmədian: -“İran düşmənlərin Ermənistanla strateji əlaqələrini pozmağa imkan verməyəcək”

ELAZ.İNFO, BAKI, 19.05.2025.

ELAZ.İNFO xəbər verir kiİranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian bildirib ki, İran düşmənlərin Ermənistanla strateji əlaqələrini pozmağa imkan verməyəcək. Tasnim xəbər verir ki, Əhmədian bazar günü Tehranda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşdə deyib: İran və Ermənistan arasında bütün sahələrdə strateji əlaqələr və sıx əməkdaşlıq regional sülh və sabitliyə töhfə verəcək.

Tehranın Tasnim Xəbər Agentliyi yazır ki, Əli Əkbər Əhmədian bildirib ki, İran düşmənlərin iki qonşunun yaxşı münasibətlərinə xələl gətirməsinə icazə verməyəcək.

İranın bütün qonşuları ilə sıx əlaqələr saxlamaq siyasətini vurğulayan Əhmədian bildirib ki, kənar qüvvələr bütün regionda sülhün olmasında maraqlı deyil. İran rəsmisi Tehran və İrəvan arasında birgə layihələrin tam şəkildə həyata keçirilməsinin vacibliyini də vurğulayıb.

Qriqoryan öz növbəsində İranı ölkəsini dəstəklədiyinə görə yüksək qiymətləndirib. O, Ermənistanla İran arasında əlaqələrin genişlənməsinin başqalarının iradəsindən asılı olmadığını vurğulayıb. Erməni rəsmi həmçinin İranın özəl sektorunun Ermənistanda iqtisadi və enerji layihələrində tərəfdaşlığını yüksək qiymətləndirib.

Materialı hazırladı:

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights