ELAZ.İNFO xəbər verir ki, keçmiş deputat Ə.Abbasov etik davranış qaydalarını kobud surətdə pozduğu üçün kassasiya şikayəti rədd edilib.
Ali Məclisin 4 saylı Yengicə Seçki Dairəsindən olan deputat Əli Abbasov mandatının əlindən alınmasından narazıdır.
Keçmiş deputat iddia ərizəsində yazır ki, mandatı əsassız olaraq ləğv edilib, bu səbəbdən MSK-nın qərarının ləğv edilməsini xahiş edir.
Lakin Ali Məhkəmə şikayəti əsassız sayıb.
Məhkəmə qərarında yazılıb ki, iddiaçının mandatının ləğv edilməsi ilə bağlı qərar şikayətin geri çəkilməsi ilə deyil, deputat adına xələl gətirən hərəkətlər etməsi ilə bağlı olub.
Aydan