ELAZ.İNFO, BAKI, 22.05.2025.
Gəncə şəhərinin başı ilə ayağı cəmi 80 km olar. Hər kəs bir birini tanıyır. Ola bilməz ki, hər hansı bir hadisəyə hal şahidi olmaya…Varsa deməli, qaranlıq məqamlar var!
Kimsə deyir borcu olub, kimsə deyir namus üstündə olub. Mən isə deyirəm ki, bu hadisə bizləri qəflət yuxusundan ayıltmaq üçün həyəcan təbili çalır. Kişi müəllimlərinin ümumtəhsil məktəblərindən kütləvi şəkildə uzaqlaşması krimogen durumun yaranmasına gətirib cıxarır. Məktəblərimizdə müəllim qadın faktoru, kişi müəllimlərindən daha çox olanda ata tərbiyəsi, kişi genderinin hakimiyyəti azalır. Oğlan uşaqları düzgün tərbiyə almır. Kriminal ünsürlərə daha maraqlı olur.
Hazırda bizim təhsilimizdə “avropa başlar, kəndir qalstuklu” təcrübəsiz idarəçi bəzi rəhbərlər kifayər qədərdir. Məktəbin əsas iş prinsipi nə buraxılış sinifinin nəticələri, nə də repitotor müəllimlərinin səyi nəticəsində hazırladığı 600 bal yığan şagird deyil. Məktəbin əsan nəticəsi sağlam əqidəli, savadlı insan kapitalı yetişdirməkdir. Nə qədər ki, ümumtəhsil məktəblərində kişi müəllimlərimiz azalacaq, bundan sonra da Elgün faciəsi daha çox artacaq! Necə ailələr gözü yaşlı qalacaq. Bu gün torpaqlarımızı erməni mənfurlarından təmizləyən 2-ci Qarabağ müharibəsində himnimizdə olduğu kimi “hərə bir qəhrəman oldu” kəlməsini təhsildə olan kişi müəllimlərin bariz əməyinin nəticəsidir.
Hazırda kişi genefondunu zədələməklə məşguldurlar. Bayram Nurlu, Baboş kimiləri gənclərimizə qeyrət dərsi keçir. Əslində isə bizim gəncliyimizdə qəhrəman Mübariz İbrahimov kimi bütün dünyaya səs salan bir yaxın keçmişimiz vardır.
Əyər biz özümüzə, tərbiyəmizə kişi hakimiyyətini bərqərar etməsək, hər birimizin qapısı bir-bir döyüləcək.
Elgünə olunan tək onun ailəsinə deyil Azərbaycan gəncliyinə edilən bir təcavüzdür!
Rövşən ƏBİLOV
Yazıçı, publisist,
Təhsil işçisi, Müəllim