Əlavə enerji və tərəvəz heç kimə mane olmaz

ELAZ.İNFO xəbər verir ki, 2018-ci ildə Quizhou əyalətində cəmi 1,75 min MVt enerjisi istehsal edirdi. Cəmi 7 il ərzində bu güc 60 dəfədən də çox artaraq, 100 min MVt-a çatdı. Özü da onun 60%-dən çoxu Günəş və külək enerjisindən əldə edilir.

Günəş panellərinin altında müasir texnologiya ilə müxtəlif kənd təsərrüfatı bitkiləri yetişdirilir. Bunun üçün tələb olunan bütün enerji elə üstündəki panel vasitəsilə əldə olunur.

Bir vaxtlar kömür hasilatı əyaləti olan “qaranlıq” Quizhou indi Günəş altında bərq vuran texnopank filmlərindəki mənzərəni xatırladır. Əyalət Çinin Günəş enerjisi istehsalı mərkəzlərindən birinə çevrilib.

Bakıda keçəl dağlar çoxdur. Onları belə panellərlə yaşıllığa çevirmək olardı, həm də əlavə enerji və tərəvəz heç kimə mane olmaz.

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights