Ələt qəsəbəsi -İqtisadi zona -Dünyanın gözü

Qaradağ rayonunun Ələt qəsəbəsi ta əvvəldən mədəniyyəti, tolerantlığı ilə strateji və əhəmiyyətli obyektləri ilə öndə olub. Bu gün də sürətlə inkişaf edən Ələt qəsəbəsi öz əzəli Xəzər çimərliyi ilə göz oxşayır. Əlbəttə görünən kəndə bələdçi lazım olmasa da bələdiyyə vacibdir!

Ələt çimərliyinə çox ciddi nəzarət olunur, əgər nəzarət olunmasaydı bu qanuni və yaxud qanunsuz tikili yarımçıq qalmazdı.

Bəs əgər bu cür nəzarət varsa niyə görə hər növ məişət tullantıları dəniz kənarı sahildə, yerli sakinlərin dili ilə desək hərbi şəhərcikdən ta Hamamdağa qədər liderlik edir?

Qaradağ rayonunun icra başçısı hörmətli Süleyman Mikayılov! Başçılıq etdiyiniz rayonun ərazisinin böyük olduğunu bilirik. Hər bir yerə nəzarət etmək sizin şəxsən imkanınızın xaricində olmasını da anlamaq olar. Bəs ərazi üzrə nümayəndələrinizlə hesabata, görüşə də imkanınız yoxdur?

Hesab edirəm ki, vətənin hər qarış suyuna, torpaqına, qumuna, ağacına, bütünlüklə sərvətinə öz evi, öz balası kimi yanaşmayanlar vətən xainidir!!! Xüsusəndə aidiyyəti olanlar!

Ruslan MƏMMƏDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights