Elə insanları ətrafımızda saxlayaq ki, pis gündə xəyanət etməsin

Bizdə bir söz var, ölənlə ölünmür.

Keçmiş aktyor Bruce Willisin 250 milyon dollarlıq sərvəti var, 70 yaşındadır, artıq uzun illərdir ki, xəstədir.

Xəstəliyi də onu bitki kimi edib, insanları tanımır, danışmır, harda qoydun, orda sakit dayanır.

47 yaşında bir keçmiş modellə nikahdadır, 13 və 11 yaşında qızları var.

Həyat yoldaşı Bruce Willisi evdən çıxardıb ayrı evdə baxıcı ilə yaşamağa göndərib.

Və bunu da bu səbəblə açıqlama verib ki, qızları artıq böyüyüb, evə dostları gəlməlidir, gecələməyə qalmalıdır, atanın xəstəliyi onlara pis təsir etməsin deyə bu qərarı verib.

Ölənlə ölünmür, bəli, yataq və ağır xəstə olmasan belə, qocalıqdan yaranan yaddaş pozuntusu kimi şeylərə görə də insana dözməzlərlər.

Biz bu kimi şeylərə baxıb dərs götürməliyik ki, həyatımızı elə yaşayaq, elə insanları ətrafımızda saxlayaq ki, pis gündə xəyanət etməsin.

Əli İBRAHİMOV

Bizimlə oxuyun
Verified by MonsterInsights