Elə bilirdik ki, həqiqətən Turan artıq qurulur

14.APREL, ELAZ.İNFO

Bir həftə əvvələ qədər elə bilirdik ki, həqiqətən Turan artıq qurulur. Turan qurulacaq və mütləq, onu müdafiə edəcək ordusu da qurulacaq. Turan ordusu qurulduqdan sonra heç bir ölkənin cəsarəti çatıb tarix boyu hər zaman deportasiyalara, işğallara, soyqırımlara məruz qalmış türkləri əzə bilməyəcək!

Necə ki, Avropa ölkələri özlərini qorumaq üçün NATO-nu, sovet hökümətinin keçmiş respublikaları özünü qorumaq üçün KTMT-ni yaradıb xalqını və dövlətini qoruyursa, türk dövlətləri olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Macarıstan və Şimali Kipr Türk Respublikası birləşib Turan qurub, Turan Ordusunu yaratmalıdır və bu zamanın tələbidir.

Böyük ümidlərlə dəfələrlə Turan quracaq türkdilli dövlətlər görüşdülər, danışdılar, bir-birinə arxa-dayaq olacağı ilə bağlı söz verdilər. Hələ 2024-cü ilin iyul ayında Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) iki günlük qeyri-rəsmi sammiti türk dünyasının gələcəyi üçün o qədər ümidlər verirdi ki…

Hələ TDT liderlərinin 12-ci sammitinin 2025-ci ildə Azərbaycanda keçiriləcəyini biləndə artıq iri addımlarla irəliyə getdiyimizi, dünyadakı anti türk dövlətlərə, türkü düşmən görən ölkələrə meydan oxuyacağımızı da düşünürdüm və sevinirdim.

Əntiqə RƏŞİD ASLAN