ELAZ.İNFO xəbər verir ki, çərşənbə axşamı günü Ekvador prezidenti Daniel Noboanı daşıyan avtomobil karvanı yanacaq subsidiyalarının götürülməsinə qarşı çıxan etirazçılar tərəfindən hücuma məruz qalıb.
Hökumət rəsmiləri hadisəni “sui-qəsd cəhdi” kimi qiymətləndirib və hücumla bağlı 5 nəfər həbs edilib.
Əvvəlki həftə oxşar hücumda Noboanın maşınına hücum edilib və etirazçılar da bir neçə əsgəri girov götürüblər.
Hücumdan sonra Kuenkada tələbələrin tədbirinə qatılan Ekvador lideri “Yeni Ekvadorda belə hücumlara dözülməyəcək. Qanunun aliliyi hər kəsə aiddir” -deyib.
Günel GÜNTAC