ELAZ.İNFO BAKI 13.05.2025
ELAZ.İNFO xəbər verir ki, “Elm və Təhsil Nazirliyinin rəhbərliyi heyətdə istefa verməlidir”.
Bu fikirləri özünün sosial şəbəkə hesabında paylaşan təhsil eksperti, sosioloq Elçin Bayramlı bildirib.
Ekspert Elm və Təhsil Nazirliyinin “TikTok” sosial şəbəkəsində müəllimlər üçün müsabiqə keçirməsini qınayıb.
O, bildirib, “Bu bir biabırçılıqdır. Çünki Elm və Təhsil Nazirliyi Azərbaycanda təhsili məhv etmək üçün əlindən gələn hər şey edir və artıq buna nail olub. İndi də son addımlarını atır. Müəllimlərin dərsdən başqa hər işlə məşğul olmasını təşkil etmək üçün “TikTok” kimi şəbəkəyə onları dadandırmaq, daha çox maraq yaratmaq və iş-güclərini buraxıb nələrsə çəkib hazırlamaq məsələsini ortaya qoyur. Halbuki, normal elmi müsabiqələr, yazı müsabiqələri keçirmək olardı. Hər hansı başqa bir formada intellektual yarışlar keçirə bilərdilər”.
Onu da diqqətə çatdırırıq ki, təhsil sistemimizdəki nöqsanlı halların işıqlandırılması və həlli istiqamətli yazıların çapı üçün öz səhifəsində şərait yarada bilər.
Natəvan BƏYDİLİ