Artıq əksər ölkələr mövcud dünya nizamından narazıdır. Əslində, heç bir nizam yoxdur. Dünya nizamının isə formal “hakimi və polisi” BMT-dir. İş o yerə çatıb ki, İsrail BMT-nin Baş katibini persona-non-qrata elan edir, BMT nümayəndələrinin öz ölkəsi olmayan Qəzzaya gəlməsini qadağan edir, BMT tabeliyində olan humanitar təşkilatların nümayəndələrini məqsədli şəkildə atəşə tutur və öldürür – BMT isə heç nə etmir. BMT bütün dünyanın gözləri qarşısında Qəzzada soyqırımı törədən İsrailə qarşı heç bir tədbir görə bilmir. BMT, faktiki olaraq, ABŞ-ın alətinə çevrilib…
2 ildən çoxdur ki, BMT-ni əvəz edəcək yeni qurumun yaradılması xüsusən Qlobal Şərqdə siyasi müzakirələr mövzusuna çevrilib. Lakin yeni dünya nizamı və bu nizamın qoruyucusu olan formal təşkilat elə-belə yarana bilməz. Bunun üçün dünyanın qəbul edəcəyi qalib ölkələr (supergüclər) olmalıdır.
Asif ŞƏFƏQQƏTOV