Əkbər Xəlilov Azərbaycana gətirildi

ELAZ.İNFO xəbər verir ki,beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, vəsatəti əsasında Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Xəlilov Əkbər Tariyel oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.

Aydan

Bizimlə oxuyun
Verified by MonsterInsights