Əjdər Tağızadə: -“Sonunuz Səttarxan, Xiyabani, Pişəvəri və Şəriyyətmədaridən fərqli olmayacaq”

 “Fars rejiminə və irançılığa nə qədər xidmət etsəniz də, sonunuz Səttarxan, Xiyabani, Pişəvəri və Şəriyyətmədaridən fərqli olmayacaq!”

 ELAZ.İNFO xəbər verir ki, bu sözləri Cənubi Azərbaycanlı ictimai xadim Əjdər Tağızadə özünün facebook səhifəsində yazıb. O qeyd edib ki, “Bu bataqlıqdan çıxmağın bir yolu var; Güney Azərbaycan Türk Cümhuriyyətini qurmaq”.

Əjdər Tağızadə bildirib ki, “Ayətullah Şəriyyətmədari, Pişəvəriyə qarşı çıxıb pəhləviləri dəstəkləməyinə baxmayaraq, ölümdən qurtardığı Xomenei onu aldadaraq, dini paltarını soyundurdu, təhqir etdi və rəsmi televizya kanalında tövbənamə oxutduraraq ev dustağı etdi. Xərçəng xəstəsi olmasına baxmayaraq, onu Almaniyaya müalicəyə buraxmadı, sonunda ev dustaqlığında öldü”.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights