Ehtiyacından artığı sənin deyil

Bir tək Namaz qılmaq, Oruc tutmaq, hicab geyinmək , dualar oxumaq və s. Allaha xidmət etmək, müsəlman olmaq deyil.

Allaha xidmət, müsəlman olmaq-vicdanlı olmaq, insanlara xidmət etmək deməkdir. Yaxşılıq, yaxşılıq, insanlara yaxşı davranmaq, yaxşı işlər görmək, mərhəmətli, insanlara qarşı sayğılı, halal işlər görmək, halal qazancla yaşamaq, şərəfli ömür sürmək, kin, paxıllıq hisslərinə tutulmamaq, hər zaman xoş niyyətli olmaq, sülhcanlı olmaq, hər kəsə sevgiylə baxmaq, pisliyə yaxşılıqla cavab vermək, qəlb sındırmamaq, pis vərdişlərdən uzaq durmaq, əl tutan olmaq, pis insanlara yaxşını, yaxşılığın nə oldugunu, nəyə qadir olduğunu göstərmək və bunu insanlara yaymaq. Bunları ediriksə müsəlmanıq, etmiriksə yox. Amma heç vaxt gec deyil.

İnsana hər şey nemət, əmanət verilir. Vicdanlı şükr edir, haramzadə genəlir. Ehtiyacından artığı sənin deyil. Ver haqqını sahibinə, Allah yanında sevil.

Hər kəs niyyəti, əməli ilə gedəcək. Bəzi üzlər ağlayacaq, bəzisi güləcək. Ömür bir sərmayədir qədrin bilək. Axtaraq Onun rizasını ağ üzlə gedək. Onun üçün insan qocalır bəbək kimi. Aşiq qocalır ipək kimi. Kafir qocalır köpək kimi… Allahım, bizi də o seçdiyin azların içinə qat. Amin!

Gülnarə ƏMİRASLANOVA

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights