ELAZ.İNFO xəbər verir ki, Ağdərə rayonunun Baş Güney kəndində insana məxsus olduğu ehtimal edilən skelet fraqmentləri aşkarlanıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvləri aprelin 4-də Baş Güney kəndində, hadisə yerində olacaq və skelet qalıqları Əsəddin Novruzova aid olduğu ehtimal edilən qalıqlar götürüləcək.
Qeyd edək ki, adı çəkilən şəxs 1992-ci il martın 12-də şəhid olub. Ona məxsus olduğu ehtimal edilən skelet fraqmentləri də şəhid olduqdan sonra dəfn edildikləri yerdə tapılıb.
Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırmalara başlanıb.
İlahə BAYINDIR