Əlbəttə, biz müsəlman olaraq islamı qəbul etmişik.
Və hər birimiz Məhəmməd peyğəmbərin davamçıları olmağa çalışırıq.
Bəs görəsən Məhəmməd peyğəmbər öz dövründə ətrafını kateqoriyalara bölmüşdü?(MƏZHƏBLƏRƏ)
Tək ŞİƏ təqribən beş kateqoriyaya bölünüb
Duzlar
Ələvilik
İsmaililər
Nemətullahiyyə
On iki imam şiəliyi
Sonra Hənəfi,Cəfəri,Əhli sünnə və sair. Bu məzhəbləri saydıqca sayılacaq görəsən Məhəmməd peyğəmbər hansı məzhəbdən idi???
Əlbətdə ki heç birindən o, Allahın elçisi bir islam dinini qəbul etmiş bir müsəlman idi.
Çünki məzhəb sözü Ərəb sözü olub,mənası gedilən yol deməkdir.
Bəs elə isə biz kimin yolunu gedirik???
Bu suala xırda bir araşdırma ilə cavab tapmaq istədim.
Elə son zamanlar aktual olan EHSAN məsələsi.
Bildiyiniz kimi Azərbaycanın bir çox bölgələrində Ehsan verilməsi el ağsaqqallarının təşəbbüsü ilə yığışdırılsa da gözəl cənub bölgəmizdə bu barədə nəinki müzakirə hətta az qala düşünmək qadağan edilsin.
Ehsan necə olmalıdır?
Səmimi olmalıdır. Ən əsası, ehsan maddi dəyərindən asılı olmayaraq, səmimi niyyətlə verilməlidir. Məqsəd, göstəriş və ya başqalarından fərqlənmək deyil, sırf ölənə dua və xeyir-dua qazanmaq olmalıdır.
Halal yolla qazanılmalıdır. Ehsan üçün xərclənən pul və ya digər vəsait haram yolla qazanılmış olmamalıdır.
İsrafdan uzaq olmalıdır. Ehsan zamanı israfa yol verilməməlidir. Mövsümə uyğun və ucuz ərzaqlardan istifadə etmək daha məqsədəuyğundur.
Qurana uyğun olmalıdır. Ehsan, İslamın qayda və prinsiplərinə uyğun olaraq verilməlidir. Bu, adətən, ehsan duası oxunması və Allah-Taaladan ölən şəxsə rəhmət dilənməsi ilə müşayiət olunur.
Ehsanın formaları:
Yemək ən geniş yayılmış ehsan formasıdır.
Sədəqə. Pul, geyim və ya digər əşyalar şəklində yoxsullara, ehtiyac sahiblərinə verilir.
Qurban. Qoyun, inək və ya digər heyvanlar kəsilir və ət paylanır.
Xeyirxahlıq. Məscid, xəstəxana və ya digər ictimai binaların tikintisində iştirak etmək, su quyuları qazmaq və ya digər xeyriyyə işlərində iştirak etmək də ehsan sayıla bilər.
Bəs görəsən bizdəmi ehsanı halal yolla veririk?
Görəsən bizdə israf etmədən veririk?
Əlbəttə bir ehsan ki,borc alınıb verilə yaxud sələmlə pul götürülüb verilə yaxud verilən ehsandan sonra ailə Maddi əziyyət çəkəcəksə bu onsuzda mənasız olan ehsanı
bir azda dəyərdən salıb ucuzlaşdıracaq. Bəs peyğəmbərumiz ehsan veribmi?
Əlbəttə verib onun ehsanı bizə göstərdiyi düz yol, əqli Kamal,savad və.s.
Bir siz EHSAN sözünün mənasına baxın
-BƏXŞİŞ, ƏTA, ƏNAM
Yəni ehsan bir nəfərə olunan xeyirli bir əməl və yaxud hədiyyə.
Elə peyğəmbərimiz də
“Bir nəfərə bir hərf öyrədin min il ibadətinizə bərabər olsun” deyə ehsan edin demişdir.
Yağlı bozbaşdan çığırtma plovdan ehsan deməmişdir!
Bəs onda biz kimin davamçısıyıq?
Ruslan Məmmədov