Əhməd Şaraa: -“Beynəlxalq ictimaiyyət bu məsələdə bizim yanımızda olacaq”

ELAZ.İNFO xəbər verir ki, Suriya prezidenti Əhməd Şaraa Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyasında çıxış edib.

58 ildə BMT kürsüsündən ilk dəfə olaraq danışan Suriya rəsmisi Şaraa bildirib ki, “Əvvəlki rejim 1 milyon günahsız insanı öldürdü. Milyonlarla insanı evlərindən didərgin saldılar. 2 milyon evi dağıdıblar. Kimyəvi silahlarla silahsız günahsız insanlara hücum etdilər. Qadınları və uşaqları qətlə yetirdilər. Günahsız vətəndaşları deyil, günahsız insanları öldürməklə həqiqəti susdurmağa çalışdılar”.

Suriya prezidenti Şaraa başda Türkiyə olmaqla onlara dəstək olan ölkələrə təşəkkür edib.

Suriya prezidenti 1974-cü ildə İsraillə imzalanan hücum etməmək paktını xatırladıb. Əhməd Şaraa bu sazişə sadiq olduqlarını vurğulayaraq, “Ümid edirik ki, beynəlxalq ictimaiyyət bu məsələdə bizim yanımızda olacaq” -deyə söyləyib.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights