ELAZ.İNFO xəbər verir ki,ani baş hərəkəti ilə ortaya çıxan ani başgicəllənmə, tarazlığın itirilməsi, ikiqat görmə kimi əlamətlər müşahidə olunarsa dərhal mütəxəssisə müraciət edilməsi lazımımdır.
Vertiqo- insanın özünün və ya ətrafının fırlandığını, yırğalandığını və ya hərəkət etdiyini hiss etdiyi bir növ başgicəllənmə olaraq təyin olunur. Bu vəziyyət tez-tez tarazlığın itirilməsi, ürəkbulanma və gündəlik işləri yerinə yetirməkdə çətinlik kimi şikayətlərlə müşayiət olunur. Başgicəllənmə şikayəti ilə müraciət edən xəstələr ilk növbədə ətraflı müayinə oldunmalıdır
Başgicəllənmə müxtəlif səbəblərdən yarana bilər. Bəzi hallarda problemin beyindən qaynaqlana bilər. Bu hallarda şiddətli başgicəllənmə, yerimə çətinliyi, əhəmiyyətli disbalans və ikiqat görmə kimi nevroloji simptomlar müşahidə edilə bilər.
Belə hallarda xəstələrin nevropatoloqa müraciət etdirlər. Amma ola bilər ki, LOR sahəsində başgicəllənmənin ən çox səbəbi qulağın içindəki tarazlıq orqanı ilə bağlı problemlərdir. Bunlardan ən çox yayılanı “qulaq kristallarının yerdəyişməsi” kimi tanınan Xoşxassəli Paroksismal Pozisional Vertigodur. Qısaca BPPV olaraq təyin olunan bu vəziyyət, adından da göründüyü kimi, qısa müddətli hücumlarda baş verən və müəyyən baş mövqeləri ilə tetiklenen başgicəllənmənin xoşxassəli bir növüdür.
Adilə Vəliyeva Pediator