ELAZ.İNFO, BAKI, 19.05.2025.
ELAZ.İNFO xəbər verir ki, Əfsanəvi Taborun Zabitinin Bacısı Ürək Əməliyyatı Keçirdi.
Salyan rayon Marışlı kənd sakini Vətən Müharibəsi qəhrəmanı Sübhan Cəbrayılovun bacısı Kəmalə Cəbrayılova ürək əməliyyatı keçirib.
Kəmalə Çəbraylovanı əfsanəvi taborun zabitləri Zülfüqarlı İlkin, Kərim Əliyev, Abasbəyli Həmid, Qəmbərli Elton, Quliyev Şəhriyar və Rüfətin valideyinləri ziyarət edib, Şəhidlərimizin ruhuna dualar oxuyublar.
Qeyd edək ki, Rüfət Nəbizadə Vətən müharibəsindən 6 ay sonra psixoloji durumunun pozulması nəticəsində intihar etmişdir.


Ruslan MƏMMƏDOV