ELAZ.İNFO xəbər verir ki, fevralın 1-də dünya xokkeyinin əfsanəsi, üçqat olimpiya çempionu Anatoli Firsovun 85 yaşı tamam oldu. Sürəti və texnikası ilə zamanını qabaqlayan Firsov, Rusiya xokkey tarixində silinməz iz qoyan simalardan biridir.
2012-ci ildə Şimali Amerikanın nüfuzlu “The Hockey News” nəşri Milli Xokkey Liqasında (NHL) heç vaxt çıxış etməmiş sovet və rus oyunçuların reytinqini tərtib edib. Heyrətamizdir ki, bu siyahıda əfsanəvi qapıçı Vladislav Tretyak və hücumçu Valeri Xarlamov müvafiq olaraq 2-ci və 3-cü yerləri tutduqları halda, Anatoli Firsov birinci pillədə qərarlaşıb. Kanadalı mütəxəssislər onun oyununu “sürətli düşüncə, yüksək texnika və buz üzərində qaçış sürətinin mükəmməl sintezi” kimi qiymətləndiriblər.
Anatoli Firsovun karyerası parlaq qələbələrlə zəngindir: O, tarixdə xokkey üzrə üçqat olimpiya çempionu olan cəmi altı oyunçudan biridir. Karyerası ərzində 8 dəfə dünya çempionu tituluna sahib çıxıb. Məşhur məşqçi Anatoli Tarasovun yetirməsi olan Firsov, buz üzərində ilk dəfə tətbiq etdiyi xüsusi fəndlərlə
1972-ci ildə Sapporo Olimpiadasında qazanılan növbəti qələbədən sonra Firsovun milli komandadakı karyerası dramatik şəkildə başa çatıb. Məşqçi dəyişikliyindən sonra yeni rəhbərliklə yaranan fikir ayrılıqları səbəbindən o, komandadan uzaqlaşdırılıb. Firsov öz xatirələrində bunu məşqçilər arasındakı şəxsi gərginliklərin qurbanı olması ilə izah edirdi.
Buna baxmayaraq, Anatoli Firsov bu gün də dünya xokkeyinin ən parlaq ulduzlarından biri və texniki oyunun simvolu olaraq xatırlanır.
Ruslan MƏMMƏDOV