Əfqanıstanda 6 bal gücündə zəlzələ nəticəsində 250 nəfər ölüb, 500 nəfər yaralanıb.
ELAZ.İNFO xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) 6,0 bal gücündə zəlzələnin episentrinin Cəlalabaddan 27 kilometr şimal-şərqdə, ölkənin Pakistanla sərhədi yaxınlığında olduğunu açıqlayıb.
Zəlzələ nəticəsində 250 nəfər ölüb, 500 nəfər yaralanıb.
Pakistan-Əfqanıstan sərhədi yaxınlığında baş verən zəlzələ Pakistanın paytaxtı İslamabadda da hiss olunub.
Axtarış-xilasetmə işləri davam edir.
İlahə BAYINDIR