Əfqanıstan-Pakistan sərhədində baş verən qarşıdurmalarda 15 nəfər ölüb, onlarla insan yaralanıb

ELAZ.İNFO xəbər verir ki, Əfqanıstanın Spin Boldak şəhərinin İctimai İnformasiya Departamentinin sözçüsü Əli Məhəmməd Həqmal “Frans Press” agentliyinə bildirib ki, Əfqanıstanda Pakistanla sərhəddə baş verən toqquşmalarda 15 nəfər ölüb, onlarla insan yaralanıb.

Onun sözlərinə görə, qarşıdurma Qəndəhar vilayətinin Spin Boldak şəhərinin sərhədində baş verib. Xəstəxana işçiləri həmçinin agentliyə bildiriblər ki, qadınlar və uşaqlar da daxil olmaqla, təxminən 80 nəfər xəsarət alıb.

Taliban sözçüsü müavini Həmdullah Fitrat öz X səhifəsində 12 nəfərin öldüyünü və 100-dən çox insanın yaralandığını bildirib. O əlavə edib ki, “bu səhər tezdən Pakistan əsgərləri yenidən Əfqanıstana hücuma başlayıblar” və “Əfqan qüvvələri cavab zərbəsi endirmək məcburiyyətində qalıb”. O, toqquşmalarda pakistanlı əsgərlərin həlak olduğunu da bildirib.

Günel GÜNTAC

Bizimlə oxuyun
Verified by MonsterInsights