ELAZ.İNFO xəbər verir ki, Prezident İlham Əliyev, Şahin Əliyevi Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edib.Digər sərəncamla Rövşən Rəhim oğlu İsmayılov Ədliyyə Akademiyasının yeni rektoru təyin edilib.
Rövşən Rəhim 22 iyun 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub. 2017-ci ildən Avropa Şurası Venesiya Komissiyasının üzvüdür.
N.B


