Edita Piexa xəstələndi

ELAZ.İNFO, BAKI, 02.05.2025.

Elaz.info xəbər verir ki, Edita Piexa kilo alması fonunda xəstəliklərlə mübarizə aparır.
Sovet və Rusiya estrada müğənnisi Edita Piexada yaşa bağlı demans və hipertoniya əlamətləri aşkarlanıb.

Mash telegram kanalı yazır ki, 87 yaşlı sənətçinin səhhətində problemlər onun 30 kiloqram çəki alması ilə bağlı yaranıb.
Müğənniyə yaddaş pozğunluğu və orientasiya pozğunluğu diaqnozu qoyulub. Oturaq həyat tərzinə görə müğənninin kökəlməsi ürəyinin gərginliyini artırır.

Kanalın məlumatına görə, o, vaxtaşırı hipertonik böhranlar və yüksək təzyiq yaşayır.
İndi Piexa demək olar ki, bütün vaxtını Sankt-Peterburq yaxınlığındakı Severnaya Samarka kəndindəki bağ evində keçirir.

Yaşlı artistə qulluqçular baxır.

Esmira RƏHİMOVA

Verified by MonsterInsights