Ədalətli dünya nizamı

ELAZ.İNFO

Azərbaycan prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın BMT-nin 80-ci sesiyasında iştirak etmək üçün Nyu-York şəhərinə səfəri, olduqca əlamətdar bir hadisədir. Bu hadisə olduqca böyük siyasi və geosiyasi məna yükü daşıyır. Prezident cənab İlham Əliev hələ çox əvvəl BMT haqqlnda öz haqlı etiraz fikirlərini bütün dünyaya bəyan edib.

Haqlı olaraq bildirmişdir ki, BMT 1945 ci ildə yaradılıb və bu günə qədər dünyada çox dəyişikliklər olub. “BMT yenilənməlidir. BMT-nin Təhlükəsizlik Şurasının tərkibi genişlənəlidir. İslam dövlətləri də bu TŞ da təmsil olunmalıdır.”

Olduqca doğru təkliflərdir. Təhlükəsizlik Şurasında Türk Dövlətləri Təşkilatı (TDT) üçün də yer ayrılmalıdır. Çox güman ki, bu sesiyada çənab prezident bu fikirlərini bir daha səsləndirərək təkliflər verəcək. Daha ədalətli dünya nizamının qrulması üçün fasiləsiz mübarizə gedən indiki zamanda, Prezident cənab İlham Əliyevin bu təklifləri, gələcək ədalətli dünya nizamının möhkəm sütunlarından biri olacağı, hec bir ədalətli iştirakcıda şübhə doğurmaz.

Tahir Ələkbərov

Bizimlə oxuyun
Verified by MonsterInsights