Bu gün Əndirgan kəndində baş verən hadisə — İran rejiminin məmurlarının dinc əhaliyə qarşı törətdiyi zorakılıq — təkcə bir kəndin deyil, bütün Güney Azərbaycan Türk millətinin vicdanına vurulan zərbədir.
Heç bir hakimiyyət, heç bir sistem öz xalqına güc tətbiq etməklə ədaləti qoruya bilməz. Yaralanan hər bir insan, döyülən hər bir ata, qorxudulan hər bir uşaq bizim bir parçamızdır.
Biz – Güney Azərbaycanın oyaq övladları – səssiz qalmamaqla, həqiqəti paylaşmaqla, beynəlxalq ictimaiyyətə bu cinayətləri çatdırmaqla millətimizin səsini yüksəldə bilərik.
Səfərbərlik silahla deyil, həqiqətlə və birliklə başlar. Hər kəs öz imkanına görə bir addım atsın:
– Məlumat yaysın,
– Yaralılara dəstək versin,
– Faktları sənədləşdirsin,
– Dünyaya desin: Biz varıq, biz susmuruq!
Ədalət, Həqiqət və Milli Birlik uğrunda.
Güney Azərbaycan Milli Məşvərət Şurası – İstiqlalçılar Cəbhəsi
Rıza Qaraçay