Ölkənin ümumtəhsil sistemində 2 mühüm fənnin birləşdirilərək, bir fənn kimi tədrisinə hazırlıq gedir. Özü də səssiz-səmirsiz.
Bu onteqrasiya prosesi “Mədəniyyət -2040” konsepsiyasına uyğun olaraq icra edilir. Ədəbiyyat və tarix fənnləri bazasında yeni fənn- mədəniyyət fənni tədris ediləcəkdir.
Bu addım hansısa elmi araşdırmalara əsaslanırmı? Bunun ictimai müzakirələri olubmu?
Çox təəssüf ki, belə bir ciddi işi ETN yenə səthi düşünərək, plansız, elmsiz, geniş müzakirələr aparmadan icra etmək istəyir. Bu tələsik və elmi əsaslanması olmayan addım çox ciddi fəsadlara səbəb olacaqdır. Sonra da deyirlər təhsilimiz tərsinə qurulub. Təbii ki, elmə və hərtərəfli təhlillərə əsaslanmayan, yarımçıq ideyalar əsasında aparılan təhsil islahatlarının sonu belə olmalıdır.
ETN-nin bu prosesə ciddi hazırlaşmadan, mükəmməl layihələndirmədən, səriştəsiz, tələsik və müzakirələrsiz qərarı, bunun təcili icrası göstərir ki, bu addım təhsilə vurulacaq növbəti ciddi zərbə olacaqdır.
İlham ƏHMƏDOV