Ədəbiyyat üzrə Nobel mükafatını nəyə görə məhz macar yazıçısına verdilər?

#Siyasət_və_ədəbiyyat bir arada: Ədəbiyyat üzrə Nobel mükafatını nəyə görə məhz macar yazıçısına verdilər?

Ədəbiyyatçı, yazar dostlarımızdan bəzilərinin öncəgörməsi, təxminləri özünü doğrultdu – 2025-ci il Ədəbiyyat üzrə Nobel mükafatını Laslo Krasnahorkay (Laszlo Krasznahorkai) adlı 71 yaşlı macar yazıçısına verdilər.

Adamın adı-soyadı çətin tələffüz olunduğu kimi, onun əsərlərinin də absurdizmə, sürrealizmə, metafizikaya, apokaliptik fantastikaya kökləndiyini deyirlər. Macar olduğu üçün biraz da Şərqə (xüsusən də Asiyaya) meyllidir, hətta bir müddət Monqolustanda və Çində də yaşayıb.

Siyasi baxışlarına görə liberal mövqeli dissident yazardır və kommunzmə, sovet-sosialist quruluşuna nifrət bəslədiyinə görə ötən əsrin 80-ci illərinin sonlarında doğma yurdu Macarıstanı tərk edib. Yazıçının Macarıstanın hazırkı baş naziri Viktor Orbana da münasibəti mənfidir. Elə ona Nobel mükafatının da məhz V.Orbanın acığına verildiyini deyirlər. Çünki Nobel Komitəsinin münsifləri solçu-liberaldırlar. Onlar sağçı və rusiyameylli Orbanı qəbul etmirlər. Bu da bir daha onu göstərir ki, Ədəbiyyat üzrə Nobel mükafatı hələ də siyasi motivlər daşıyır.

Lakin maraqlıdır ki, Laslo Krasnahorkay müsahibələrindən fərqli olaraq, əsərlərində elə də açıq, kəskin siyasi mövqe nümayiş etdirməyib. Bu mənada, onun qələmə aldığı “Müharibə və müharibə”, “Şeytanın rəqsi”, “Melanxoliyanın dirənişi”, “Sonuncu canavar” kimi əsərləri sadəcə ədəbi əsər kimi populyardır.

P.S.

Beləliklə, 2025-ci ilin “Nobel həftəsi”nin sonuna yaxınlaşırıq. Sabah isə Nobel Sülh mükafatının laureatlarının adları açıqlanacaq. Və çox güman ki, bu gecə Trampın gözlərinə yuxu getməyəcək. Çünki sabahkı Nobelə dünyada ən iddialı adam da məhz odur. Gözləyək görək Nobel Komitəsindəki qocalar həmyaşıdları Donalda nə kimi “sürpriz” hazırlayıblar…

(Mövzuya qayıdarıq)

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights